Medianews.az
Beyin sağlamlığı üçün hansı qida və içkilər seçilməlidir?
61 baxış

Beyin sağlamlığı üçün hansı qida və içkilər seçilməlidir?

Beyin sağlamlığı insanın yaddaşı, diqqəti və ümumi həyat keyfiyyəti üçün mühüm əhəmiyyət daşıyır. 

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, düzgün qidalanma beyin funksiyalarının qorunmasında və yaşla bağlı zəifləmənin qarşısının alınmasında əsas rol oynayır.

Yağlı balıqlar beyin üçün ən faydalı qidalar sırasında yer alır. Qızılbalıq, sardina və skumbriya omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr beyin hüceyrələrinin quruluşunu qoruyur və yaddaşı gücləndirir.

Qoz və badam kimi çərəzlərdə olan E vitamini beyin hüceyrələrini oksidləşdirici zədələrdən qoruyur. 

Yumurta isə tərkibindəki xolin sayəsində öyrənmə və yaddaş proseslərini dəstəkləyir.

Mütəxəssislər giləmeyvələrin, xüsusilə qaragilə və çiyələyin antioksidantlarla zəngin olduğunu və beyin qocalmasını ləngitdiyini bildirirlər. Yaşıl yarpaqlı tərəvəzlər – ispanaq, brokoli və kələm – fol turşusu və K vitamini ilə idrak funksiyalarının qorunmasına kömək edir.

Beyin üçün davamlı enerji mənbəyi olan tam taxıllar rasionda mütləq yer almalıdır. Bununla yanaşı, kifayət qədər su qəbulu diqqət dağınıqlığının və yorğunluğun qarşısını almaqda vacib rol oynayır.

Ölçülü şəkildə qəbul edilən yaşıl çay və qəhvənin diqqət və konsentrasiyanı artırdığını, lakin həddindən artıq şəkərli qidalar, trans yağlar və spirtli içkilərin beyin sağlamlığına mənfi təsir göstərdiyi vurğulanır.

Yekdil fikrinə görə, balanslı və təbii qidalardan ibarət rasion beyin sağlamlığını qorumağın ən təsirli yollarından biridir.

Bizə qoşulun