Medianews.az
Bayram Muradovdan sonra Mətanət Qarayeva da
78 baxış

Bayram Muradovdan sonra Mətanət Qarayeva da ƏRİZƏSİNİ YAZDI

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında növbəti kadr dəyişikliyi baş verib.

Medianews.az "Teleqraf"a istinadən xəbər verir ki, xəstəxananın İnsan Resursları şöbəsinin müdiri Mətanət İsmayıl qızı Qarayeva öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Onun işdən çıxması ilə bağlı hələlik əlavə rəsmi məlumat açıqlanmayıb. Dördpendirli pizza

Qeyd edək ki, daha öncə xəstəxananın direktoru Bayram Muradov və inzibati işlər üzrə direktor müavini Elnur Mahmudov vəzifələrindən ayrılıblar.

Məlumata görə, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı əsasında həyata keçirilib. Bildirilir ki, hər iki şəxs işdən öz ərizələri ilə çıxıb.

Kadr dəyişiklikləri davam ediləcəyi gözlənilir.

Bizə qoşulun