Medianews.az
Bayram axşamı eyvandan yıxılan kişi
55 baxış

Bayram axşamı eyvandan yıxılan kişi öldü

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yanvarın 1-nə keçən gecə yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, bir gün sonra xəstəxanada vəfat edib.

Bildirilib ki, həmin gün S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək 2-ci mərtəbənin eyvanından yıxılıb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Bizə qoşulun