Medianews.az
Barselonada Türk Hava Yollarına məxsus təyyarədə
70 baxış

Barselonada Türk Hava Yollarına məxsus təyyarədə BOMBA HƏYƏCANI

Türk Hava Yollarına (THY) məxsus təyyarədə bomba həyəcanı yaşanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "El Periodico" nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən səbəbdən İstanbuldan Barselonaya yollanan təyyarə Kataloniya paytaxtında təcili eniş edib.

"Barselona hava limanı adi rejimdə fəaliyyət göstərir. Təyyarənin göyərtəsindəki hadisə səbəbindən təhlükəsizlik protokolları işə salınıb və müvafiq xidmətlər vəziyyəti qiymətləndirir", - deyə xəbərdə bildirilib.

Məsələyə THY rəsmisi Yahya Üstün də münasibət bildirib: "İstanbul-Barselona reysində təyyarə enişə yaxınlaşarkən bir sərnişinin internetə giriş nöqtəsi yaratdığı və şəbəkəni bomba təhlükəsi adlandırdığı aşkar edilib. Uçuş təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi prosedurlar başladılıb. Təyyarənin təhlükəsiz enişindən sonra müvafiq ölkənin səlahiyyətli orqanları tərəfindən yoxlamalar aparılır. Proses beynəlxalq aviasiya təhlükəsizliyi qaydaları çərçivəsində həyata keçirilir".

Bizə qoşulun