Medianews.az
Bakıya qarşı TƏXRİBATÇI tədbir -
52 baxış

Bakıya qarşı TƏXRİBATÇI tədbir - “Artsax himni” QALMAQALI

Ermənistanın Karen Dəmirçiyan adına idman və konsert kompleksində “artsax mədəniyyəti”nə həsr olunmuş tədbir keçirilib. Bu zaman mifik “artsax himni” səsləndirilməyib və bu da separatçıların narazılığına səbəb olub.
“Karen Dəmirçiyan kompleksində yanaşma budur ki, hər tədbir dövlət çərçivəsində olmalıdır”.

Medinews.az xəbər verir ki, bunu kompleksin direktoru Karen Lazaren Past.info-ya müsahibəsində məsələyə aydınlıq gətirərkən deyib.
“Ümumilikdə, yanaşmamız budur ki, bizə edilən hər şey dövlətçilik çərçivəsində edilir. Bu kilsə ilə bağlı olacaq, başqa şeylər, müəyyən istiqamətlər var, amma bu qədər. Heç bir qadağa yox idi, insanlar normal konsert keçirirdilər, “artsax bayrağı” var idi”, - direktor qeyd edib.

Picture background

Onun sözlərinə görə, konsert iştirakçılarının geyimində simvol da var idi, amma dövlət yoxdursa, onun himinini ifa etmək mümkün deyil. Bununla Lazaren mifik “artsax” adlı dövlət olmadığını bir daha təsdiq edib. Ancaq bütün hallarda Qarabağdan qaçan separatçıların yığıncağına şərait yaradılması və bu tədbirin “artsax” adı ilə təşkili rəsmi İrəvanın ikiüzlü siyasətinin nəticəsidir. Çünki Paşinyan “artsax” adı ilə toplantıları Ermənistan üçün təhdid adlandırıb və Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib. Lakin hələ də separatçılar müxtəlif adlar altında tədbirlər təşkil edir və buna şərait yaradılır. Bu da özlüyündə Azərbaycana qarşı ərazi iddialarını özündə saxlamaq deməkdir.

Bizə qoşulun