Medianews.az
Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb oldu -
120 baxış

Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb oldu - ANBAAN VİDEO

"Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzaların təhlili göstərir ki, Bakıda sürücü diqqətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az deyil".

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilir.

 

"Sürücülər bilməlidirlər ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsində texniki nasazlıq yarana və bu, avtomobilin məcburi şəkildə yolun hərəkət hissəsində dayanmasına səbəb ola bilər. Belə hallarda digər sürücülərin diqqətinin yolda olmaması, sükan arxasında mobil telefon və ya digər diqqət yayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtında azaldılmamasına və nəticədə qəzanın baş verməsinə gətirib çıxarır. Xüsusilə hərəkətin intensiv olduğu küçə və prospektlərdə bu cür hadisələr ölüm və xəsarət halları, nəqliyyat vasitələrinə ciddi zərər dəyməsi və süni nəqliyyat sıxlıqları ilə nəticələnir.

Aeroport şosesində baş verən bu qəza səbəbindən də metronun "Koroğlu" stansiyası, mərkəz istiqamətində yaranan nəqliyyat sıxlığı yol polisi əməkdaşlarının operativ müdaxiləsindən sonra aradan qaldırılıb.

Qeyd olunanları nəzərə alaraq, NİİM sürücüləri yollarda daha diqqətli olmağa, düzgün ara məsafəsi saxlamağa, sükan arxasında diqqəti yayındıran vasitələrdən istifadə etməməyə və məsuliyyətli davranmağa çağırır", - müraciətdə qeyd olunur.

Bizə qoşulun