Medianews.az
Bakıda ofisdən oğurluq edənlər saxlanılıb
58 baxış

Bakıda ofisdən oğurluq edənlər saxlanılıb

Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Medianews.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Bizə qoşulun