Medianews.az
Bakıda ağır qəza:
77 baxış

Bakıda ağır qəza: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Sfera.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Rusiya vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi “Haojue HJ150-6” markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə etdiyi “Hyundai HD-65” markalı yük avtomobili ilə toqquşub.

Motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bizə qoşulun