Medianews.az
Bakıda 14 yaşlı qız ana oldu -
358 baxış

Bakıda 14 yaşlı qız ana oldu - TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB

Bakıda 14 yaşlı qız ana olub.

Medianews.az xəbər verir ki, yeniyetmə bu gün qız uşağı dünyaya gətirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Report"un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ilk xəbəri "Qafqazinfo" saytı yayıb.

***

Mələsə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

“Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Doğum şöbəsinə yerləşdirilib.

Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.

11.12.2025-ci il tarixində pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.

Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir”, - deyə məlumatda qeyd edilib.

Bizə qoşulun