Abşeronda kişini cərəyan vuraraq öldürüb.
Hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib.
Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.