Medianews.az
Azərbaycanlı həkim hantavirusun təhlükəli simptomları açıqladı -
68 baxış

Azərbaycanlı həkim hantavirusun təhlükəli simptomları açıqladı - VİDEO

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan 8 nəfəri karantinə salıb. Onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri isə kruiz gəmisindən enən sərnişinlə əlaqədə olublar. Üç nəfərin virusdan həyatını itirdiyi bildirilir.

Ardınca Polşa da bir nəfəri hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alıb. Mütəxəssislər virusun təhlükəli olduğunu desələr də, Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya riskinin olmadığını açıqlayıb.

Medianews.az xəbər verir ki, infeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, hantavirus insanlara əsasən gəmiricilər vasitəsilə keçir: 

"Xəstəliyin əsas əlamətləri qızdırma, baş ağrısı, baş gicələnməsi, əzələ ağrıları, eyni zamanda tənəffüs çatışmazlığıdır. Amerika qitəsində müşahidə olunan hantavirus növləri ən təhlükəliləridir və ölüm riski daha yüksək hesab edilir. Təəssüf ki, hazırda bu virusa qarşı hər hansı peyvənd və ya xüsusi antiviral dərman mövcud deyil".

Bizə qoşulun