Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib.
Medianews.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
"“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, "Dövlət Gömrük Komitəsinin "Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat"na əsasən, 2026-cı ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə olaraq 960 ABŞ dolları dəyərində mal idxal edib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr 1991-ci ildən tamamilə dayandırılıb.