Bu həftəsonu Bakıdakı avtomobil bazarlarında canlanma müşahidə edilir.Alıcıların və avtomobillərin sayında da kifayət qədər artım hiss olunur.
Medianews.az xəbər verir ki, satıcılardan biri Azərbaycan televiziyasına (AzTV) bildirib ki, hazırda bazarda qiymətlər stabil deyil:
"Qiymət artımı var, bu da birbaşa olaraq gömrük xərclərinin qalxması ilə əlaqədardır. Yəni maşınlar hazırda bahadır.
Hazırda ikinci əl avtomobillərə daha çox maraq var. 30 000 manata qədər olan maşınlarda 1 500, 2 000, 3 000 manata qədər artım müşahidə edilməkdədir.
Onu da deyim ki, alıcılar ikinci əl avtomobil alarkən onun ehtiyat hissələrinə diqqət etməlidirlər".