Medianews.az
Azərbaycan Pakistana
50 baxış

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin olması iə bağlı Pakistana başsağlığı verib.

Medianews.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

"Kəraçidəki ticarət mərkəzində günahsız insanların həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəvi yanğın hadisəsindən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə ürəkdən başsağlığı veririk", - paylaşımda qeyd olunub.

Bizə qoşulun