Medianews.az
Azərbaycan klubları bu gün növbəti
74 baxış

Azərbaycan klubları bu gün növbəti yoxlama oyunlarına çıxacaqlar

Azərbaycan klubları bu gün növbəti yoxlama oyunlarına çıxacaqlar.

Oxu.Az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışını davam etdirən "Neftçi" Çin təmsilçisi "Çenqdu Ronqçenq"lə qarşılaşacaq.

"Ağ-qaralar" bundan əvvəl Misirin "Piramids" klubu ilə 1:1 hesablı heç-heçə, Qazaxıstanın "Kayrat" komandasını isə 3:0 hesabı ilə məğlub edib.

Türkiyənin Antalya şəhərində hazırlıq keçən "Zirə" və "Qarabağ" da bu gün iki yoxlama matçı keçirəcəklər. Paytaxt təmsilçisi Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" komandaları ilə üz-üzə gələcək. Ağdam klubu isə Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osiyek", saat 19:00-da Polşanın "Zaqlebye" kollektivi ilə oynayacaq.

"Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" klubu ilə 3:3 hesablı heç-heçə, daha sonra Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" isə son yoxlama oyununa çıxacaq. "Gənclik şəhəri" təmsilçisi axşam saatlarında "Osiyek"lə qarşılaşacaq. Baş məşqçi Saşa İliçin rəhbərlik etdiyi kollektiv bundan əvvəl Macarıstanın "Pakş" və Serbiyanın OFK (Belqrad) komandalarına müvafiq olaraq 1:5 və 1:4 hesabları ilə uduzub.

Bizə qoşulun