Medianews.az
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib -
90 baxış

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib.

Medianews.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

Bildirilib ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər.

Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet əl-Hacını təhvil verib və əslində onların dəyişdirildiyini təsdiqləyib.

Bizə qoşulun