Seneqal millisinin fanatları Parisdə Afrika Millətlər Kubokunun finalında Mərakeşi 1:0 hesabı ilə məğlub etdikdən sonra iğtişaşlar törədiblər.
Publika.az xəbər verir ki, azarkeşlər Fransanın paytaxtında kütləvi şənlik keçirərək atəşfəşanlıq edib, maşınların üstünə çıxıblar. Polis hadisəyə müdaxilə etməli olub və gözyaşardıcı qazdan istifadə edib. Yaralananlar və həbs olunanlar barədə məlumat verilməyib.
Seneqal fanatları gecə boyu keçirilən qələbə şənliklərindən görüntüləri sosial şəbəkələrdə paylaşıblar. O cümlədən hüquq-mühafizə orqanlarından qaçdıqları anların kadrları da yayımlanıb.