Medianews.az
Ermənistanda neçə faiz inflyasiya gedib?
190 baxış

Ermənistanda neçə faiz inflyasiya gedib?

Oktyabrda Ermənistanın istehlak bazarında 2024-cü ilin eyni ayına nəzərən 3,7 faiz bahalaşma qeydə alınıb.

Medianews.az bildirir ki, Statistika Komitəsi təhsil sahəsində qiymət artımını 8,3 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,8 faiz, ərzaq və spirtsiz içkilərdə 5,6 faiz, nəqliyyatda 4,9 faiz, səhiyyə sektorunda 3,5 faiz, istirahət və mədəniyyət xidmətlərində 2,4 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 2,1 faiz, məişət avadanlıqlarında 0,9 faiz, rabitədə 0,7 faiz, kommunal xidmətlərdə 0,6 faiz göstərir.

Hesabata görə, geyim və ayaqqabılar il ərzində 0,9 faiz ucuzlaşıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun