Medianews.az
Orqan bağışlamaq üçün valideynin icazəsinə
265 baxış

Orqan bağışlamaq üçün valideynin icazəsinə ehtiyac yoxdur

"18 yaşı tamam olan vətəndaş ölümündən sonra öz orqanlarını bağışlamaq barədə könüllü qərar verə bilər". 

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, vətəndaş vəfat etdikdə, orqan bağışlanması ilə bağlı qərar ailəsinə yalnız məlumat xarakterində bildirilir və ailədən əlavə razılıq tələb olunmur.

Y.Abbasova qeyd edib ki, orqanların götürülməsi yalnız beyin ölümü rəsmi şəkildə təsdiqləndikdən sonra və müvafiq tibbi komissiyanın qərarı ilə həyata keçirilir. 

Bizə qoşulun