Medianews.az
Avtomobil aldı, bir gün sonra geri qaytardı –
150 baxış

Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi

Avtomobil almaq istəyən Orxan Cəlilov icarə və satış xidməti göstərən şirkətlə problem yaşadığını iddia edir.
 
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, ötən ilin oktyabrında 2 800 manat ilkin ödəniş edərək kreditlə avtomobil götürüb. Şirkət nəqliyyat vasitəsinin saz vəziyyətdə olduğunu bildirsə də, avtomobili ustaya göstərdikdən sonra ciddi texniki nasazlıqlar aşkarlanıb.

Cəlilov bildirib ki, maşını geri qaytarmaq istəyəndə şirkət ondan əlavə xidmət haqqı tələb edib və nəticədə ödədiyi məbləği geri ala bilməyib. O, ödənişi təsdiqləyən qəbzlərin və müqavilənin əlində olduğunu deyib.

Şirkət isə ittihamları qəbul etmir. Rəsmi nümayəndənin sözlərinə görə, müştərinin iddiaları əsassızdır və əksinə, avtomobilə ziyan vurulduğu üçün onun şirkətə borcu qalıb.

Məsələ ilə bağlı hüquqşünas Mircavid Miriyev isə qeyd edib ki, tərəflər arasında bağlanan müqavilədə bir sıra çatışmazlıqlar var. Onun sözlərinə görə, avtomobildə əvvəlcədən mövcud olan qüsurlar barədə məlumat verilməyibsə, alıcının müqavilədən imtina etmək və ödədiyi vəsaitin geri qaytarılmasını tələb etmək hüququ yaranır.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.//Milli.Az

Bizə qoşulun