Medianews.az
Artetanın gələcəyi ilə bağlı
49 baxış

Artetanın gələcəyi ilə bağlı QƏRAR

"Arsenal" klubunun rəhbərliyi baş məşqçi Mikel Artetanın fəaliyyəti və komandanın göstərdiyi nəticələrdən razı qalıb və onunla bağlı uzunmüddətli planlar qurur.

Milli.Az-ın məlumata görə, London təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləni uzatmağı nəzərdə tutur. Hazırda Artetanın klubla anlaşması 2027-ci ilin yayına qədər qüvvədədir. Rəhbərlik isə əməkdaşlığın ən azı 2028/29 mövsümünün sonunadək davam etməsini istəyir.

Xatırladaq ki, Mikel Arteta 2019-cu ilin dekabrında "topçular"ın baş məşqçisi postuna gətirilib. Onun rəhbərliyi altında "Arsenal" 2019/20 mövsümündə İngiltərə Kubokunu, həmçinin iki dəfə Super Kuboku qazanıb.

Arteta bu mövsüm də komandanı uğurla idarə edir. "Arsenal" Premyer Liqada rəqiblərini 6 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Eyni zamanda, London klubu Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi altı oyunun hamısını qələbə ilə başa vuraraq diqqət mərkəzinə düşüb.c

Bizə qoşulun