Medianews.az
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ:
381 baxış

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Yağsız məhsullar əks təsir göstərə bilər

Yağsız məhsullar insanı arıqlatmaq əvəzinə "apelsin qabığı" effekti və müxtəlif sağlamlıq problemləri ilə nəticələnə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə araşdırma NEW.ru saytında dərc olunub.

Məsələ burasındadır ki, lipidlər orqanizm üçün həyati əhəmiyyət daşıyır: onlar maddələr mübadiləsində iştirak edir və dərinin sağlamlığını qoruyur. Yağ qəbulunun kəskin şəkildə azaldılması zamanı orqanizm qənaət rejiminə keçir və yağları dərinin altında daha aktiv şəkildə toplamağa başlayır. Nəticədə dəridə nahamarlıqlar yaranır, elastiklik azalır.

Bundan əlavə, istehsalçılar tez-tez yağ çatışmazlığını artıq şəkərlə kompensasiya edirlər. Bu cür məhsullarda karbohidrat miqdarı normadan dəfələrlə çox olur. Artıq şəkər yağ yığımını stimullaşdırır və birləşdirici toxumanın sağlamlığını pozur.

Yağlar eyni zamanda estrogen, testosteron, kortizol və qalxanabənzər vəzi hormonları da daxil olmaqla vacib hormonların sintezi üçün zəruridir. Onların çatışmazlığı hormonal tarazlığın pozulmasına və əhvali-ruhiyyənin dəyişməsinə səbəb ola bilər.

Bu problemlərin qarşısını almaq üçün qidalanmaya sağlam yağ mənbələrini daxil etmək tövsiyə olunur. Toxumlar, dəniz məhsulları və soyuq sıxılmış bitki yağları həm ümumi sağlamlığı dəstəkləyir, həm də bədənin daha estetik və sağlam formada qalmasına kömək edir.

Bizə qoşulun