Medianews.az
Arda Gülərin kubok mərasimindəki bu hərkəti gündəm oldu
83 baxış

Arda Gülərin kubok mərasimindəki bu hərkəti gündəm oldu

İspaniya Super Kuboku finalında Real Madrid əzəli rəqibi “Barselona”ya 3–2 hesabı ilə məğlub olub.

Medianews.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mükafatlandırma mərasimində Real Madridin gənc futbolçusu Arda Gülərin davranışı diqqət mərkəzinə düşüb.

Final fitindən sonra hər iki komandanın futbolçuları medal və kubok mərasimi üçün meydana çıxıb. Real Madrid oyunçularına gümüş medallar təqdim edilərkən Arda Gülər medalı boynuna taxdıqdan dərhal sonra çıxarıb. Onun bu anları kameralar tərəfindən lentə alınıb.

Milli futbolçunun mərasim boyunca tutqun və qəzəbli görünüşü sosial şəbəkələrdə sürətlə yayılıb. Arda Gülərin reaksiyası qısa zamanda müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçi bu davranışı final məğlubiyyətinin yaratdığı məyusluq və emosional gərginliklə əlaqələndirib.

Qeyd edək ki, “Barselona” Real Madridi 3–2 hesabı ilə məğlub edərək İspaniya Super Kubokunun qalibi olub.

Medianews.az

Bizə qoşulun