Medianews.az
Alman hərbçilər Qrenlandiyanı gözlənilmədən
63 baxış

Alman hərbçilər Qrenlandiyanı gözlənilmədən tərk etdi

Almaniya ordusunun 15 nəfərlik hərbi heyəti gözlənilmədən Qrenlandiyanı tərk edib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, alman zabit və əsgərlər “İslandair” şirkətinə məxsus təyyarə ilə Nuuk şəhərini tərk ediblər.

“Geri qayıtmaq əmri bu səhər Almaniyadan gəlib. Əvvəllər planlaşdırılan bütün görüşlər və tədbirlər təcili olaraq ləğv edilib”, - nəşr bildirib.

Alman hərbçilərin Qrenlandiyanı qəfil tərk etmələrinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Almaniya hərbi heyəti adaya cəmi bir neçə gün əvvəl Danimarkanın dəvəti ilə NATO missiyasının bir hissəsi olaraq yollanmışdı.

***

Almaniya Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyadakı missiyasının başa çatdığını açıqlayıb.

Bu barədə Almaniya Silahlı Qüvvələrinin Qrenlandiya missiyası üzrə nümayəndəsi, podpolkovnik Peter Milevçuk “Funke” media qrupuna müsahibəsində bildirib.

O qeyd edib ki, hərbçilər ilkin vəzifələrini - təlimlərin keçirilməsi və hazırlıq təşəbbüsü çərçivəsində vəziyyəti öyrənmək tapşırığını yerinə yetiriblər.

Peter Milevçuk Nuuk hava limanında jurnalistlərə açıqlamasında danimarkalı həmkarları ilə əməkdaşlığı çox müsbət və konstruktiv adlandırıb.

Bizə qoşulun