Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyunun görüntüləri müzakirə yaradıb.
Medianews.az pravda.az-a istinadla xəbər verir ki, toyun əvvəlində hicablı bir xanımın kişilərin önündə "Fatih" surəsini oxuyub. Halbuki qadın Quran oxuyarkən səsini yad kişilər eşitlməməlidir.
Xalq aristi Alim Qasımov açıqlamasında bu fikirləri qəbul etməyib.
O bildirib ki, nəvəsinin toyu dini olmayıb: "Bütün məclislərdə mərasim zallarında qadınlar mərsiyə deyirlər, Quran oxuyur, bütün kişilər eşidir. Qadınlara araq vermədik, içib sərxoş olalar… Bir yerdə ki Allah kəlamı gəlir... Dini toy deyildi, camaat oynayırdı. Qadınlar idi, özləri üçün mübarək bir toy etdilər".