Medianews.az
Abşeronda milyonlarla manata olan zavod satışa çıxarıldı -
128 baxış

Abşeronda milyonlarla manata olan zavod satışa çıxarıldı - MƏBLƏĞ

Abşeron rayonunda təsərrüfat müəssisəsi satışa çıxarılıb.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, obyektin 9 hektar rəsmi torpaq sahəsi var.

16 milyon 300 min manata satışa çıxarılan müəssisədə yem zavodu mövcuddur. Elan saytında yerləşdirilən məlumatda qeyd edilir ki, burada 5 ton yem istehsal edilə bilir.

Müəssisədə həmçinin quş saxlama sexlərinin olduğu bildirilir.

Burada inzibati və yardımçı binaların, yumurtaların saxlanması üçün anbarın, işçilər üçün yeməkxananın, 7 otaqlı ofis binasının, alətlərin təmir emalatxanasının, kiçik həcmli inzibati və texniki tikililər yerləşdiyi vurğulanıb.

Məlumatda müəssisəsinin yerləşdiyi ünvanın ətraf ərazisində yaşayış olmadığı qeyd edilib.

Bizə qoşulun