Abşeron rayonunda növbəti əməliyyat və profilaktik tədbirlər həyata keçirilib.
Metbuat.az-ın əldə etdiyi məlumata görə, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 21 nəfər saxlanılıb, "isti izlərlə" 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 38 fakt aşkarlanıb. Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib. Həmçinin, profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar və ov tüfənglərinin polisə könüllü təhvil verilməsi təmin edilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 11 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.
Gecə saatlarında Abşeron rayon sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan 37 motoxuliqan və məişət səsküyü qaydalarını pozan 27 şəxs barəsində inzibati tədbir görülüb.
Polis Abşeron rayonunda qeyd edilən istiqamətlərdə profilaktik tədbirləri davam etdirir.