ABŞ-də Kentukki ştatından olan Respublikaçı Konqresmen Tomas Massi zarafatla Qrenlandiyanı məşhur maliyyəçi Ceffri Epşteynin işindən istifadə edərək ABŞ-yə qarşı özünü müdafiə etməyə çağırıb.
Medianews.az xəbər verir ki, o, bu barədə sosial mediada danışıb.
Massi zarafatla "ABŞ Prezidenti Donald Tramp administrasiyasına Epşteynin sənədlərinin Qrenlandiyada olduğunu deyin" deyib. Konqresmenin sözlərinə görə, bu halda ABŞ qalmaqallı maliyyəçinin işi ilə bağlı sənədləri axtarmayacağı üçün adaya olan bütün marağını dərhal itirəcək.
Medianews.az