Medianews.az
ABŞ-də vitse-prezidentin evində nə baş verib? -
251 baxış

ABŞ-də vitse-prezidentin evində nə baş verib? - Bir nəfər saxlanılıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ohayo ştatındakı evində baş vermiş hadisə fonunda bir nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.

"Polis səhər saatlarından vitse-prezident Cey Di Vensin evində baş vermiş hadisəni araşdırır. Azı bir nəfərin saxlanıldığını bildirib", - məlumatda qeyd edilib.

Hadisənin təfərrüatları açıqlanmayıb, lakin şahidlərin vitse-prezidentin evində sınıq pəncərələr gördükləri qeyd olunub.

Bizə qoşulun