ABŞ-nin Yeni İngiltərə bölgəsində səmada eşidilən güclü partlayış səsi sakinlər arasında narahatlıq yaradıb.
Medianews.az xəbər verir ki. hadisə mayın 30-da gündüz saatlarında baş verib.
Massaçusets ştatının polis idarələrinə çoxsaylı müraciətlər daxil olub. Sakinlər göydən gələn güclü partlayış səsi eşitdiklərini, bəziləri isə zərbə dalğasının evlərinin divarlarını belə titrətdiyini bildiriblər.
Rəsmilərin sözlərinə görə, səs təkcə Massaçusetsdə deyil, qonşu ştatlarda da eşidilib. Meteoroloqlar hadisənin Yer atmosferinə daxil olaraq partlayan meteorla bağlı olduğunu ehtimal edirlər.
Mütəxəssislər hələlik meteorun tamamilə yanıb yox olduğunu, yoxsa qalıqlarının Yerə düşdüyünü müəyyənləşdirə bilməyiblər.
Medianews.az