Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsində öldürülərək evi yandırılan 139 saylı orta məktəbin ibtidai sinif müəllimi Xuraman Həsənovanın qətli ilə bağlı birgə məlumat yayıb.
Medianews.az-ın xəbərinə görə, bildirilib ki, mayın 27-i saat 7 radələrində Lökbatanda yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla cinayətin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Orxan Novruzov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.