Qüdsdə Herod Qapısı yaxınlığında polis əməkdaşına bıçaqla hücum edən Türkiyə vətəndaşı Hasan Skalenen təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülüb.
Medianews.az xəbər verir ki, bildirilib ki, saat 12.30 radələrində baş verən hücumda 30 yaşlarında bir İsrail polisinin yüngül yaralandığı bildirilib.
Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri 34 yaşındakı Türk vətəndaşı Hasan Skalenenin ölkəyə 72 saat əvvəl turist kimi gəldiyini açıqlayıb..
Hadisədən sonra ərazi mühasirəyə alınıb, giriş-çıxışlar bağlanıb.
Faktla bağlı araşdırlmalar davam edir.
Medianews.az