Xalq şairi Nəriman Həsənzadənin xəstəxanadan çıxdıqdan sonra yeni görüntüsü yayılıb.
Medianews.az xəbər verir ki, görüntüləri jurnalist Turan Etibaroğlu sosial şəbəkə hesabında paylaşıb.
“94 yaş…
Amma söz hələ də ayaqdadır.
Nəriman Həsənzadə yenə yazır...
Şair sübut edir ki, şairlik peşə yox, tale məsələsidir”,- deyə paylaşımında qeyd edib.
Xatırladaq ki, N.Həsənzadə bir müddət əvvəl böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.