Medianews.az
82 uşaq saxlanıldı –
74 baxış

82 uşaq saxlanıldı – Bu ölkədə

Rusiyanın Yekaterinburq bölgəsində valideyn nəzarəti olmadan qalan səksən iki uşaq saxlanılıb.

Medianews.az xəbər verir ki, bu barədə məlumatı Ura.ru bildirib.  

Saxlanılan uşaqlardan 78-i Sverdlovsk vilayətinin sakinləri, ikisi Rusiyanın digər bölgələrindən, ikisi isə xarici ölkə vətəndaşlarıdır.

Reydlər zamanı təxminən 60 yetkin şəxs inzibati məsuliyyətə cəlb edilib, onlardan 46-sı uşaq tərbiyəsi ilə bağlı vəzifələrini düzgün yerinə yetirməməkdə ittiham olunub.

Polis əməliyyatda 200-dən çox insanın iştirak etdiyini bildirib. Rusiya Milli Qvardiyasının, könüllü dəstələrin, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların, təhsil, səhiyyə, sosial və gənclər siyasəti qurumlarının nümayəndələri də profilaktik reydlərə qoşulublar.

Medianews.az

Bizə qoşulun