Türk kino və teatrının görkəmli nümayəndələrindən olan Halil Ergün vəfatından sonra evinin muzeyə çevrilməsini istədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Məlumata əsasən, 79 yaşlı Ergün qazandığı təcrübənin və sənət yolunun muzey vasitəsilə gələcək nəsillərə ötürülməsinin onu xoşbəxt edəcəyini bildirib.
Halil Ergün evinin bir “yaşam muzeyi”nə çevrilərək türk kinosunun tarixinə töhfə verməsini, eyni zamanda ziyarətçilər üçün ilham mənbəyinə çevrilməsini arzuladığını vurğulayıb.
