“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi tərəfindən Böyükşor hövzəsi üzrə tullantı sular üçün sutəmizləyici qurğunun tikintisi layihəsi həyata keçiriləcək.
Medianews.az xəbər verir ki, layihənin icrasını yerinə yetirəcək şirkətin adı artıq məlumdur. Sözügedən tenderin qalibi “AGE” MMC olub. Müqavilənin ümumi dəyəri 65 milyon 698 min 255 manat təşkil edir.
Qeyd edək ki, “AGE" MMC (VÖEN: 1401148071) 24.04.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İsa Cəfərov Ənvər oğludur. Şirkətin nizamnamə kapitalı 400 AZN-dir. Hüquqi ünvanı AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev.10, mənzil 7-də yerləşir.
“AGE” MMC-nin əsas fəaliyyət istiqaməti infrastruktur tikinti layihələridir.