Medianews.az
60 ailənin yaşadığı binada uçqun: yaralılar var –
781 baxış

60 ailənin yaşadığı binada uçqun: yaralılar var – VİDEO+FOTO

Xəbər veridiyimiz kimi, Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən yaşayış binasında uçqun olub.

60 mənzildən və 6 girişdən ibarət beşmərtəbəli binanın 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Medianews.az FHN-in hadisə yerindən yaydığı video və fotoları təqdim edir:

Bizə qoşulun