Medianews.az
54 yaşlı sürücü sükan arxasında
41 baxış

54 yaşlı sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında vəfat edib.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun