Rusiyanın “Şinnik” klubunun keçmiş futbolçusu İvan Zınin 32 yaşında vəfat edib.
Bu barədə Birinci Liqa klubunun teleqram kanalında məlumat verilib.
İdmançının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, “Şinnik” yetirməsi 2014/2015 mövsümündə Milli Futbol Liqasında (FNL) əsas komandada üç oyun keçirib. Karyerası başa çatdıqdan sonra klubun akademiyasında məşqçi vəzifəsində çalışıb./“Qafqazinfo”