2025-ci ilin 21 iyununda 30 yaşında anoreksiya səbəbilə gözlərini əbədi yuman sosial media fenomeni Nihal Candanın bacısı Bahar Candanın paylaşımları gündəmdən düşmür.
Musavat.com xəbər verir ki, Bahar bu dəfə kofe içərək, Nihalın fotosunun qarşısında dayanaraq paylaşım edib və üzərinə “Mən istirahətə gedəcəyəm, sən evdəsən, bacı” qeydini yazıb.

Onun bu paylaşımı qısa müddətdə rezonans doğurub.
Bacısının vəfatından sonra sosial media paylaşımları ilə tez-tez gündəmə gələn Bahar Candan cəmiyyətdə müzakirələrə səbəb olur.
Ailənin acısı hələ təzə ikən Baharın “TikTok”da paylaşdığı video da tənqid hədəfinə çevrilmişdi. O, “Məni heç bir alov yandıra bilməz, çünki mən alovun özüyəm” sözlərinin yer aldığı videoda rəqs etmişdi.

Musavat.com