İstanbulun Küçükçekmece bölgəsində vəhşicəsinə qətlə yetirilən 22 yaşlı universitet tələbəsi Ayşə Tokyazın ölümündən əvvəl çəkdiyi ürəkdağlayan videosu yayılıb.
Medianews.az xəbər verir ki, videoda o, sanki başına gələcəkləri öncədən hiss edirmiş kimi danışıb.“Bir gün ölsəm, bu videonu sevdiklərimə göstərin. Hamınızı çox sevirəm, amma bağışlamadığım bir neçə insan var”,-deyə Ayşə paylaşımında bildirib.
Qeyd edək ki, Ayşənin cəsədi Eyüpsultan bölgəsində yol kənarında çamadanda tapılmışdı. Onun keçmiş polis əməkdaşı olan sevgilisi Cəmil Koç və daha 6 nəfər şübhəli bu dəhşətli qətllə bağlı həbs olunub. Hadisə Türkiyə ictimaiyyətində geniş rezonans doğurub.
Ayşenin bacısı Esra Tokyaz onun bu sarsıdıcı videosunu sosial şəbəkədə paylaşaraq, qətlin hələ də bir çox suallar doğurduğunu bildirib. Bacısının ölümündən əvvəl belə bir video çəkməsi isə cəmiyyətin qəzəbini bir qədər də artırıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az