Medianews.az
"Ukraynanın dron hücumunun dəhşətli texnoloji tərəfləri var” - <span style=color:red>Azərbaycanlı mütəxəssis
199 baxış

"Ukraynanın dron hücumunun dəhşətli texnoloji tərəfləri var” - Azərbaycanlı mütəxəssis

“Ukraynanın iyunun 1-də həyata keçirdiyi dron hücumunun dəhşətli texnoloji tərəfləri var”. Bunu Medianews.az-a “Technote Media” şirkətinin təsisçisi, jurnalist, texnobloger Fərid Pərdəşünas deyib. Xatırladaq ki, Fərid Pərdəşünas zaman-zaman texnoloji savadlılıq və kibertəhlükəsizlik mövzularında ictimai çıxışlar edir. F.Pərdəşünas Medianews.az-a açıqlamasında vurğulayıb: “Mən hələ də inana bilmirəm ki, iyunun 1-dəki dron hücumunu Ukrayna təkbaşına edib. Burada NATO mühəndislərinin mütləq ki, əməyi olub. Hər şey ilk olaraq FPV tipli sürü dronların gizli şəkildə Rusiya ərazisinə keçirilməsi ilə başlanıb. Taxta kabinlərdə bu dronlar yerləşdirilib və kabinlərin qapaqları uzaqdan idarə edilə bilən olub. Sizə deyim ki, bu işin elə ən asan tərəfi olub. Çünki əməliyyat sərhəddən azı 4000 kilometr məsafədə aparılıb. Əsas məsələ dronların kütləvi hücumudur. Mümkün deyil ki, qarşı tərəf strateji ərazisində GPS bloklamadan istifadə etməsin. Böyük ehtimalla orada "jamming" olunub və dronların GPS-i və koordinatları görməsi əngəllənib. Amma və lakin Ukrayna tərəfinin dronları GPS ilə yox, süni intellekt dəstəkli kameralar ilə hücuma keçiblər. Yəni dronlar əvvəlcədən ərazini tanıyıblar və hücumu kameraları ilə ətrafı görərək ediblər. Yəni bir növ dron koordinat yox, hədəfi görərək hücum edir. Başqa bir versiya isə dronların anti-jamming texnologiyasından istifadə etməsi irəli sürülür. Yəni GPS bloklamadan yayınıblar. Amma şəxsən inanmıram ki, qarşı tərəf buna qarşı hazırlıqsız ola. Ümumilikdə Ukrayna müharibə dövrü ərzində dəhşətli sayda dron istehsal edir. Əhalisi, mühəndisləri qarajlarda dron yığırlar və bu gün biz texnologiyanın gücü ilə bu qədər böyük bir səviyyədə hücumun şahidi oluruq”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun