Medianews.az
Keçid balı ən az olan ixtisaslar - siyahı
293 baxış

Keçid balı ən az olan ixtisaslar - siyahı

2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları ictimaiyyətə açıqlanıb. Modern.az IV ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısını hazırlayıb. Aşağıdakı ixtisaslar üzrə 2024-cü ilin nəticələrinə əsasən formalaşan keçid balı 200-dür: - Bakı Dövlət Universiteti Qazax Filialı: Kimya və biologiya müəllimliyi; - Azərbaycan Dövlət Pedaqoji Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi; - Bakı Slavyan Universiteti: Psixologiya (qiyabi); - Naxçıvan Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya; - Azərbaycan Dövlət Aqrar Universiteti: Biotexnologiya, Əczaçılıq; - Gəncə Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Psixologiya, Kimya; - Sumqayıt Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Biologiya, Kimya; - Mingəçevir Dövlət Universiteti: Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi; - Lənkəran Dövlət Universiteti: Biologiya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Kimya müəllimliyi; - Qərbi Kaspi Universiteti: Psixologiya, Biologiya; - Xəzər Universiteti: Biologiya müəllimliyi, Kimya müəllimliyi; - Bakı Qızlar Universiteti: Psixologiya; - Odlar Yurdu Universiteti: Psixologiya, Biologiya; Keçid balı 200-dən aşağı olan ixtisaslar da mövcuddur. Bu ixtisaslar aşağıdakılardır: - Naxçıvan Dövlət Universiteti: Baytarlıq təbabəti - 150 bal; - Azərbaycan Dövlət Aqrar Universiteti: Ekologiya - 150 bal, Bağçılıq və tərəvəzçilik - 150 bal, Baytarlıq təbabəti - 150 bal, Su bioehtiyatları və akvakultura - 150 bal; - Gəncə Dövlət Universiteti: Ekologiya - 191.1 bal; - Azərbaycan Texnologiya Universiteti: Ekologiya - 150 bal; - Mingəçevir Dövlət Universiteti: Ekologiya - 150 bal; - Lənkəran Dövlət Universiteti: Ekologiya - 150 bal, Bağçılıq və tərəvəzçilik - 150 bal, Baytarlıq təbabəti - 150 bal; - Azərbaycan Kooperasiya Universiteti: Ekologiya (əyani) - 153.2 bal, Ekologiya (qiyabi) - 150 bal; - Qərbi Kaspi Universiteti: Su bioehtiyatları və akvakultura - 188.2 bal; - Odlar Yurdu Universiteti: Ekologiya (qiyabi) - 150 bal.

Bizə qoşulun