Medianews.az
Bakıda dəhşətli ailə faciəsi: Arvadının başını kəsib özünü 14-cü mərtəbədən atdı - <span style=color:red>FOTO/VİDEO
737 baxış

Bakıda dəhşətli ailə faciəsi: Arvadının başını kəsib özünü 14-cü mərtəbədən atdı - FOTO/VİDEO

Bakıda kişi arvadının başını kəsib. Oxu.Az xəbər verir ki, hadisə aprelin 16-da paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İlkin ehtimala görə, ər arvadının başını kəsib, sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir. “Qafqazinfo”nun məlumatına görə, qətli törədən 1987-ci il təvəllüdlü Məmmədov Bürhan İlham oğludur. O, 1992-ci il təvəllüdlü arvadı Məmmədova Xumar Ağa qızını öldürdükdən sonra öz canına qəsd edib. APA bildirir ki, Bürhan Məmmədov Xumar Məmmədovanın başını yaşadıqları evdə səhər çağı kəsib. Daha sonra axşam saat 22 radələrində başqa bir binanın 14-cü mərtəbəsindən özünü atıb. https://youtube.com/shorts/sLB4Eo0-kPQ?si=pep3EpMii6Bx-Lz- Medianews.az

Bizə qoşulun