Medianews.az
2025-ci ilin ən gülməli
259 baxış

2025-ci ilin ən gülməli vəhşi təbiət FOTOSU

Nikon Comedy Wildlife Photography Awards” müsabiqənin 2025-ci il qalibi qorilla balası olub.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, ilin ən gülməli vəhşi təbiət fotosu ingiltərəli Mark Matt Koen tərəfindən çəkilib.

O, həmkarları ilə qorillaların şəklini çəkmək üçün Ruandadakı Virunqa dağlarına səyyahət ediblər. Orada amahoro kimi tanınan primatlar ailəsinə rast gəliblər.

Koen fotonun necə çəkildiyini izah edib: “Onlar böyüklərin sakitcə yemək axtardığı, körpələrin isə həvəslə oynadığı boş yerə toplanmışdılar. Onlardan biri açıq-aydın akrobatika istedadını nümayiş etdirmək istəyirdi: o, fırlanır, sallanır və ayaqlarını yüksəklərə atırdı".

Britaniyalı əlavə edib ki, primatları belə şəraitdə müşahidə etmək böyük zövqdür və o, fotoda balanın oynaq ruhunu çəkə bilib.

Qeyd olunur ki, 2025-ci ildə 109 ölkədən 10 000-dən çox fotoşəkil münsiflər heyətinin müzakirəsinə təqdim edilib. Bu da müsabiqənin bütün mövcudluğu üçün rekorddur.

Medanews.az

Bizə qoşulun