Medianews.az
2025-ci ildə Rusiya Ukraynanın nə qədər ərazsini işğal edib?
85 baxış

2025-ci ildə Rusiya Ukraynanın nə qədər ərazsini işğal edib?

Rusiya 2025-ci il ərzində Ukraynanın 4336 kvadrat kilometr ərazisini ələ keçirib.

Musavat.com DeepState-ə istinadən xəbər verir ki, bu, Ukraynanın ümumi ərazisinin təxminən 0,72 faizini təşkil edir.

Regionlar üzrə işğal olunma faizi belədir:

Dnepropetrovsk - 0,6 faiz işğal olunub (son bir ildə +0,6%)

Sumı - 1,0 faiz (+1)

Xarkov - 4,7 faiz (+1,3)

Xerson – 72 faiz (-)

Zaporojye  - 74,8 faiz (+2,1)

Donetsk - 78,1 faiz (+10,6)

Luqansk - 99,6 faiz (+0,6)

2022-ci illə müqayisədə son üç ildə vəziyyət aşağıdakı kimi dəyişib:

Dnepropetrovsk - 0% - 0,6%

Sumı - 0% - 1%

Xarkov - 1.9% - 4.7%

Xerson - 72% - 72%

Zaporojye - 72.8% - 74.8%

Donetsk - 56.7% - 78.1%

Luqansk - 97.9% - 99.6%

Ümumilikdə, Rusiya Ukraynanın 116.165 kvadrat kilometr ərazisini işğal edib — bu, ölkənin ümumi ərazisinin 19.25 faizini təşkil edir.

Bizə qoşulun