Medianews.az
Bu gün güclü maqnit <span style=color:red>qasırğası olacaq?
143 baxış

Bu gün güclü maqnit qasırğası olacaq?

Son sutka ərzində Günəşdə C sinifli beş alışma baş verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, belə alışmaların Yerə güclü təsiri yoxdur. Bu gün geomaqnit sahəsi sakit səviyyədədir. • Kiçik geomaqnit qasırğası ehtimalı - 5%, • Böyük geomaqnit qasırğası ehtimalı - 1%, • Günəşdə M sinifli alışma ehtimalı - 30%, • Günəşdə X sinifli alışma ehtimalı isə 5% təşkil edir. Hazırda Günəşdə müşahidə olunan ləkələrin ümumi sayı 31-dir. Bu göstəricilər Günəş aktivliyinin nisbətən sabit olduğunu göstərir. Maqnit qasırğalarının sağlamlığa təsiri: Nə etməli? Maqnit qasırğaları müəyyən hallarda insanların sağlamlığına təsir göstərə bilər. Bu təsiri minimuma endirmək üçün mütəxəssislər aşağıdakı tövsiyələri təqdim edir: • Stressdən uzaq olun və emosional balansınızı qoruyun; • Daha çox açıq havada vaxt keçirin; • Kofe və enerji içkilərindən imtina edin, onları bitki çayı ilə əvəz edin; • Qızardılmış və ədviyyatlı qidalardan uzaq olun, daha çox mövsümi meyvə və tərəvəzlərə üstünlük verin; • Yatmazdan əvvəl kontrastlı duş qəbul edin.

Bizə qoşulun