22.11.2024, 13:28
75
baxış
Lamiyə
Lavrov: ABŞ Hitler kimi Avropanı silah altına alıb
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Belarusun gənc fəalları ilə görüşü zamanı hazırkı beynəlxalq vəziyyəti 20-ci əsrin 30-cu illərinin sonlarından bəri yaranmış vəziyyətlə müqayisə edib.
Medianews.az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, Lavrov bildirib ki, Hitler, demək olar ki, bütün Avropanı silah altına alıb, Sovet İttifaqına yönəldib, indi də ABŞ Avropanı silah altına alıb, Kiyevi maliyyələşdirməyə məcbur edir.
Rusiyalı nazir bildirib ki, Ukrayna millətçi batalyonları nasist emblemləri və şevronları altında döyüşür. Lavrovun sözlərinə görə, Ukrayna nasizm nəzəriyyəsi və praktikasını kodlaşdırıb, məşəl yürüşləri keçirib və mediada, mədəni sahədə və gündəlik həyatda rus dilini məhv etməyə yönəlmiş qanunlar qəbul edib.
Lavrov belaruslu həmkarı Maksim Rıjenkovla birlikdə Belarusun gənc fəalı ilə görüş keçirir.