Medianews.az
Çempionlar Liqası:<span style=color:red> "Araz-Naxçıvan" bu gün sonuncu sınağına çıxır
66 baxış

Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün sonuncu sınağına çıxır

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu bu gün turnirin ilkin mərhələsində sonuncu matçını keçirəcək. "Report" xəbər verir ki, B qrupunda yer alan komanda İsveçin "Uddevalla" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qeyd edək ki, Vitalo Borisovun baş məşqçisi olduğu klub ilk qarşılaşmada Şimali İrlandiya təmsilçisi "Sparta Belfast"a 7:1, Estoniya çempionu "Sillamae Silla"ya isə 7:0 hesabı ilə qalib gəlib.

Bizə qoşulun