Rusiyada qadın şüşəli ətir qabı ilə rəfiqəsinə hücum edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, qadının sözlərinə görə, 53 yaşlı rəfiqəsinin yanına gəlib və onlar birlikdə içki içiblər.
Ev sahibəsinin qonaqpərvərliyi o həddə çatıb ki, zərərçəkənin evə getmək istəyini təhqir kimi qəbul edib. O, ətir şüşəsini rəfiqəsinin boynunda sındırıb və onun baldır nahiyəsindən vurub.
Təqsirli bilinən qadın, özünə gələndən sonra etdiyi işdən peşman olub. Lakin buna baxmayaraq, ona qarşı cinayət işi açılıb. Sağlamlığa yüngül zərər vurduğuna görə onu iki ilə qədər həbs cəzası gözləyir.
Medianews.az